İfaçıdan etiraz: Məsələyə bir əncam çəkin - Video

saytların hazırlanması

Evə çatdırılma

İfaçıdan etiraz: Məsələyə bir əncam çəkin - Video

Şou

26 Yanvar 2024 10:37 536


Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu tələbəsi olduğu Azərbaycan Milli Konservatoriyasının önündə ödənişli parklanmaya etiraz edib.

Yenisabah.az xəbər verir ki, o, ödənişli parklamanın ləğv edilməsini tələb edib:

"Burada 6-7 saat dərsdə oluram. Məşqlərimiz olur, imtahana hazırlaşırıq. Konservatoriyanın önündə maşınlarımızı saxlayırıq. Burada ödənişsiz parklanma var idi. Bir neçə gün əvvəl isə buranı da pullu etdilər. Öz və tələbə yoldaşlarımın adından çox xahiş edirəm ki, ödənişli parklanmanı ləğv edəsiniz.  Sezar pizza

Bura bulvar, restoran nə də ki, şadlıq sarayıdır. Tələbələr burada təhsil alır. Tutaq ki, biri qazanır, digəri isə qazanmır. Hamı o pulu ödəyə bilmir. Bir saat üçün ödəmək olar, amma 8-9 saat burada dərsdə olan tələbələr var. Çox xahiş edirəm ki, bu məsələyə bir əncam qılasınız və kökündən həll edəsiniz”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!