Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu onu aldatmaq istəyən dələduzun nömrəsini paylaşıb.
Yenisabah.az xəbər verir ki, musiqiçi tanımadığı şəxsin ona mobil nömrə satmağa çalışdığını deyib:
"Yazıblar ki, sizin nömrənin 010-la başlayanı satışa gəlib. Gəlib ala bilərsiniz. Dedim ki, gəlirəm, mağazanı deyin. Dedikləri ünvanda mağaza da var. Sonra yazdı ki, karta pul ödəyin. Başa düşdüm ki, dələduzlardır". Sezar pizza
Musiqiçi izləyicilərinə səslənərək "Sizə belə mesaj gəlsə, inanmayın" sözlərini əlavə edib.
Telegram kanalımız