İham Əliyev israilli həmkarını təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

İham Əliyev israilli həmkarını təbrik etdi

Siyasət

08 May 2019 15:59 935


Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti Zati-aliləri cənab Reuven Rivlinə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir. pizza hut

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!