II Yelizaveta şahzadə Harri və Meqanı məhkəməyə vermək qərarına gəldi

saytların hazırlanması

Evə çatdırılma

II Yelizaveta şahzadə Harri və Meqanı məhkəməyə vermək qərarına gəldi

Dünya

22 Avqust 2021 19:50 1836


Böyük Britaniya Kraliçası II Yelizaveta şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl ilə mübarizə aparmaq üçün bir qrup vəkil tutub.

Yenisabah.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Məlumatda qeyd edilir ki, şahzadə Harri və onun həyat yoldaşı dəfələrlə kral ailəsinə qarşı çıxıblar. pizza

Qəzetin yazdığına görə, II Yelizaveta məhkəməyə getməyə hazırdır, lakin yaxınlarının ağıllanıb münaqişəyə son qoyacağına ümid edir.

Qəzet mənbəyə istinadən belə yazır:

“Nə qədər dözəcəklər? Bir hədd var. Kraliça və ailəsinə onsuz da kənarda kifayət qədər hücumlar olur. Harri və Meqan təkrar hücumların qəbuledilməz olduğunu öyrənəcək və başa düşəcəklər”.

Eyni zamanda bildirilir ki, indi vəkillər böhtan mövzusunda mütəxəssislərlə məsləhətləşirlər./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!