İki güləşçimiz dünya çempionatında finala çıxdı

saytların hazırlanması

Evə çatdırılma

İki güləşçimiz dünya çempionatında finala çıxdı

İdman

10 Sentyabr 2022 21:08 1116


Azərbaycanın iki yunan-Roma güləşçisi Eldəniz Əzizli və Ülvi Qənizadə Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəliblər.

Yenisabah.az xəbər verir ki, 55 kq-da yer alan idmançı yarımfinalda ABŞ təmsilçisi Maks Nouriyə 9:0 hesabı ilə qalib gəlib.

Onun finaldakı rəqibi gürcüstanlı Nuqzari Tsurtsumia olacaq. Toyuqlu pizza

72 kq-da çıxış edən Ülvi Qənizadə isə yarımfinalda türkiyəli Selçuk Cana 4:3 hesabı ilə qalib gələrək eyni uğura imza atıb. 

Ülvi Qənizadə finalda Serbiyanı təmsil edən Ali Arsalanla qarşılaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!