İki güləşçimiz dünya çempionatınını yarımfinalında

saytların hazırlanması

Evə çatdırılma

İki güləşçimiz dünya çempionatınını yarımfinalında

İdman

10 Sentyabr 2022 17:56 996


Bu gün Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı start götürüb.

Yenisabah.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üç üzvü mübarizəyə qoşulub.

Eldəniz Əzizli (55 kq) 1/8 finalda italiyalı Covanni Freniyə ilk hissədə tam üstünlüklə qalib gəlib - 8:0. Dünya və Avropa çempionu 1/4 finalda yaponiyalı Şiotani Yuya da aman verməyib - 9:0. Eldəniz yarımfinalda amerikalı Maks Nouri ilə üz-üzə gələcək. Marqarita pizza

İkinci mərhələdən mübarizəyə qoşulan Ülvü Qənizadə (72 kq) isə qazaxıstanlı İbrahim Məhəmmədovu 4:2 hesabıyla üstələyib. Qənizadə 1/4 finalda bolqarıstanlı Deyvid Dimitrovu vaxtından əvvəl məğlub edib - 10:0. Ülvü yarımfinalda türkiyəli Selçuk Canla qarşılaşacaq.

Sənan Süleymanov (77 kq) isə ilk mərhələdə almaniyalı İdris İbayevlə qarşılaşıb. Keçən il 23 yaşadək güləşçilər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Süleymanov rəqibinə minimal fərqlə (7:8) məğlub olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!