İki güləşçimizdən qızıl medal 

saytların hazırlanması

Evə çatdırılma

İki güləşçimizdən qızıl medal 

İdman

23 İyul 2019 15:42 927


Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

“Yeni Sabah” xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici dueldə Ukrayna təmsilçisi Sanya Yakovlevlə üz-üzə gəlib. Qarşılaşmadan təmiz qələbə ilə ayrılan Əliyev (10:0) qızıl medal qazanıb.

Digər yunan-Roma güləşçimiz Xasay Həsənli də final görüşünü keçirib. 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə Almaniya güləşçisi Deni Nakayevlə qarşılaşıb. Rəqibini məğlub edən Həsənli (3:2) qızıl medal əldə edib. Pepperoni pizza

Qeyd edək ki, daha öncə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirovla (55 kq) Sabir Cəfərov (60 kq) gümüş, Mircavad Nəbiyev (48 kq) isə bürünc medal qazanıb. Yunan-Roma güləşində Fərid Sadıxlı (45 kq), Qurbanov Qurban (48 kq) və Həsrət Cəfərov (60 kq) qızıl, Nihat Məmmədli (55 kq) isə bürünc medal götürüb. Qadın güləşçilərindən Gültəkin Şirinova (46 kq) ilə Mərziyə Sadıqova (61 kq) gümüş medal əldə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!