“İki gün ev şəraitində müalicə aldı, qızdırması düşmüşdü” - Etibar Babayevin xanımı

saytların hazırlanması

Evə çatdırılma

“İki gün ev şəraitində müalicə aldı, qızdırması düşmüşdü” - Etibar Babayevin xanımı

Sosial

04 İyul 2020 08:32 1112


Koronavirusdan dünyasını dəyişən AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Babayev dəfn olunub.

“Yeni Sabah”  xəbər verir ki, dəfn mərasimində mərhumun az sayda yaxınları iştirak edib.

Etibar Babayevin həyat yoldaşı Səyyarə Babayeva dövlət televiziyasına açıqlama verib. Sezar pizza

Səyyarə Babayeva açıqlamasında bildirib ki, E.Babayev iki gün ev şəraitində müalicə alıb və temperaturu 37 dərəcə olub:

“İki gün evdə idi, bir az müalicə aldı. Sonra gördük ki, qızdırması yoxdur, artıq 37,1 dərəcə idi. Ancaq bir qədər təngnəfəs idi. Həkimlə danışdım və məsləhət görüldü ki, ağciyərlərin kompüter tomoqrafiyası edilsin. KT-dən sonra bu diaqnoz çıxdı”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!