ABŞ və İsrail fevralın 28-də - şənbə günü İrana qarşı müharibəyə başlayıb. Bu isə bölgədə vəziyyəti ciddi şəkildə gərginləşdirib. Region ölkələri qüvvələrini səfərbər ediblər.
Dünən - martın 1-də bazar günü idi. Buna baxmayaraq xarici işlər naziri Ceyhun Bayramov iş başında olub. Bunu Xarici işlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumatlar da təsdiqləyir. C.Bayramov martın 1-də İran da daxil olmaqla 7 ölkənin XİN başçısı ilə danışıqlar aparıb. O, bu gün isə 5 həmkarı ilə telefonla danışıb.
“Yeni Sabah” xəbər verir ki, danışıqların əsas mövzusu ABŞ/İsrail və İran arasında baş verən hərbi toqquşmalar, İranın Ali dini lideri Əli Xamaneinin öldürülməsi və regionda artan gərginlik olub. Dominos pizza
1. Seyid Abbas Əraqçi (İran)
Bu danışıq günün ən həssas və strateji əhəmiyyətli təması idi. Nazir Bayramov iranlı həmkarına Ali Rəhbər Ayətullah Xameneinin və hərbi əməliyyatlarda həlak olan mülki şəxslərin ölümü ilə bağlı başsağlığı çatdırıb.
Nazir Ceyhun Bayramov bölgədə vəziyyətin faciəvi şəkildə gərginləşməsindən ciddi narahatlıq ifadə edib. İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və günahsız mülki insanların həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.
Hərbi əməliyyatların tezliklə dayandırılacağına, mövcud vəziyyətin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll olunacağına dair ümid ifadə olunub.
Bununla yanaşı, hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb.
2. Anita Anand (Kanada)
Kanada ilə danışıqlar sırf humanitar və təxliyə xarakteri daşıyıb. İran daxilindəki xaos fonunda Qərb diplomatlarının və vətəndaşlarının çıxışı çətinləşdiyi üçün Kanada tərəfi rəsmi Bakıya müraciət edib.
3. Abdullah bin Zayed Al Nahyan (BƏƏ)
BƏƏ ilə aparılan müzakirələr münaqişənin körfəz regionuna və dəniz ticarətinə təsirləri üzərində cəmləşib. Hər iki tərəf münaqişənin daha geniş coğrafiyaya yayılmasının dünya enerji bazarları üçün yarada biləcəyi riskləri vurğulayıblar.
4. Xose Manuel Albares (İspaniya)
İspaniya tərəfi ilə danışıqlarda Avropa İttifaqı vətəndaşlarının təhlükəsizliyi və regionda diplomatik kanalların açıq saxlanılması məsələləri müzakirə olunub. Ceyhun Bayramov İspaniyalı həmkarına Azərbaycanın humanitar yardım üçün bütün imkanlarını səfərbər etdiyini bildirib. Bu, Bakının Aİ ilə strateji tərəfdaşlıq fonunda öz öhdəliklərinə sadiqliyini göstərib.
5. Baxtiyor Saidov (Özbəkistan)
Özbəkistanla aparılan təmaslar Mərkəzi Asiya və Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının qorunmasına yönəlib. Hər iki nazir regionda sülhün bərpası üçün İslam Əməkdaşlıq Təşkilatı və digər platformalar çərçivəsində koordinasiyalı hərəkət etmək barədə razılığa gəliblər.
6. Sayid Bədr Albusəidi (Oman)
Oman ənənəvi olaraq İran və Qərb arasında vasitəçi rolunu oynadığı üçün bu danışıq xüsusi diplomatik çəkiyə malik idi. ayramov və Albusəidi mövcud böhranın yalnız hərbi deyil, həm də dərin diplomatik böhran olduğunu qeyd edərək, tərəflərin təmkinli davranması zəruriliyini vurğulayıblar.
7. Fuad Hüseyn (İraq)
İraq hazırda münaqişənin ən çox təsir etdiyi ölkələrdən biridir. İraqlı həmkarı ilə danışıqlar münaqişənin qonşu dövlətlərə birbaşa təsiri ətrafında olub. Nazirlər regionun daha bir uzunmüddətli müharibəyə tab gətirə bilməyəcəyini və beynəlxalq ictimaiyyətin təcili müdaxiləsinin vacibliyini qeyd ediblər.
8. Yermek Koşerbayev (Qazaxıstan)
Bu günün ən mühüm danışıqlarından biri Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev ilə baş tutub. Nazirlər hər iki ölkənin xaricdəki diplomatik missiyalarının konsulluq bölmələri arasında sıx koordinasiyanın qurulması və vətəndaşlara dəstək verilməsi barədə razılığa gəliblər. Bu, xüsusilə İranda qalan Azərbaycan və Qazaxıstan vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
9. Hakan Fidan (Türkiyə)
Türkiyəli həmkarı ilə baş tutan danışıq zamanı regional yeniliklər və təhlükəsizlik məsələləri müzakirə edilib. Türkiyə tərəfi bölgədə sabitliyin qorunması üçün diplomatik səylərin vacibliyini qeyd edib.
Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin mövcud çağırışlar fonunda daha da əhəmiyyət kəsb etdiyi qeyd edilib, iki qardaş ölkənin sıx koordinasiyasını davam etdirəcəyi vurğulanıb.
10. Abdullətif bin Rəşid əl-Zayani (Bəhreyn)
Bu danışıq Azərbaycanın Körfəz ölkələri ilə apardığı genişmiqyaslı diplomatik məsləhətləşmələrin mühüm tərkib hissəsidir. Hər iki nazir regionda (xüsusilə İran ətrafında) hərbi gərginliyin artmasından və bunun qlobal təhlükəsizliyə təsirlərindən dərin narahatlıqlarını bildiriblər.
11. Abdullah Əli əl-Yahya (Küveyt)
Hər iki nazir regionda (xüsusilə İran ətrafında və Yaxın Şərqdə) hərbi gərginliyin artmasından ciddi narahatlıqlarını ifadə ediblər. Onlar qeyd ediblər ki, mövcud vəziyyət beynəlxalq sülh və təhlükəsizlik üçün böyük təhdiddir.
12. Kaya Kallas (Avropa İttifaqı)
Ceyhun Bayramovun apardığı diplomatik təmaslar yalnız İslam dünyası və region ölkələri ilə məhdudlaşmayıb. O, həmçinin Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas ilə də telefon danışığı aparıb.
Nazim Hacıyev
Telegram kanalımız