İki qadını maşın vurdu - Biri öldü 

saytların hazırlanması

Evə çatdırılma

İki qadını maşın vurdu - Biri öldü 

Hadisə

15 Aprel 2023 11:00 840


Bakıda avtomobil iki qadını vurub, onlardan biri ölüb. 

Yenisabah.az “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün gecə saatlarında Nəsimi rayonu, S.Vurğun küçəsi, “Zabitlər Parkı”nın qarşısında qeydə alınıb. 

Məmmədzadə Səmədulla Yədulla oğlu idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək yolu keçmək istəyən piyadalar 1975-ci il təvəllüdlü Süleymanlı Aynurə Əşrəf qızı və 1966-cı il təvəllüdlü Tağıyeva Mehriban Yaşar qızını vurub.  pizza hut

Nəticədə M.Tağıyeva hadisə yerində ölüb, A.Süleymanlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Faktla bağlı cinayət işi başlanılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!