“İkinci dalğa başlaya bilər“ - TƏBİB sədrindən   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

“İkinci dalğa başlaya bilər“ - TƏBİB sədrindən XƏBƏRDARLIQ

Sağlamlıq

24 Aprel 2020 19:30 2233


“Karantin rejimi ilə koronavirusun yayılmasının qarşısı alınıb”.

Yenisabah.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, virusun xaricdən idxalının qarşısının alınması üçün sərhədlər bağlanıb: Pepperoni pizza

“Sosial izolyasiya tədbirləri görülüb və xüsusi karantin rejimi elan edilib. Xüsusi karantin rejimi 4 maya qədər uzadılıb. Lakin bugünkü qərarla bəzi yumşaldılmalar olub”.

R.Bayramlının sözlərinə görə, bizi böyük təhlükə gözləyə bilər:

“Karantin tədbirlərinin tam aradan qaldırılması ilə ikinci dalğa başlaya bilər. Əhalinin kütləvi yoluxması nəticəsində reanimasion tədbirlər tələb edən hallar arta bilər. Xəstəlik hələ bitməyib və ən böyük təhlükə qarşıdadır.

Bizim üzərimizə sosial məsuliyyət düşür. Yoluxmanın yayılmasının nəzarət altında saxlanılması vacibdir. Qətiyyən arxayınlaşmamalıyıq. Düşmənin bir nəfəs qədər yaxın olduğunu fikrimizdən çıxarmamalıyıq”.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!