“İkiüzlü olduqlarına görə buna qiymət vermirlər”   - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“İkiüzlü olduqlarına görə buna qiymət vermirlər” - Deputat

Siyasət

14 Noyabr 2020 12:19 1782


Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən etibarən ölkəsində demokratiyanı boğur. Belə ki, o, cəmi iki il ərzində “korrupsiyaya qarşı mübarizə” adı altında siyasi rəqibləri ilə haqq-hesab çürütməyə başlayıb. Vaxtilə Ermənistana rəhbərlik etmiş sabiq prezidentlərdən birini həbs edib, digərinə qarşı da cinayət işi qaldırıb.

Hazırda partiya sədri olan deputat Sarukyan da həbsdə saxlanılanlar arasındadır. Lakin maraqlı məqam odur ki, özünü “demokratiya təəssübkeşi” adlandıran Qərb dövlətləri Paşinyanın Ermənistanda söz azadlığını əngəlləməsindən narahat olmurlar.

Sözügedən məsələ ətrafında Yenisabah.az-a danışan Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib ki, Ermənistanın insan haqları sahəsində problemli ölkə olaraq göstərilməməsi üçün Qərb ölkələri tərəfindən bu cür neytral, yaxud müşahidəçi mövqe sərgilənir: pizza hut

“Amma bunlar o qədər səmərə vermir, çünki faktiki olaraq Ermənistan cəmiyyətində demokratiyadan əsər-əlamət qalmayıb, insanlar istənilən vaxt siyasi baxışlarına görə həbs oluna bilir. Bu da Ermənistan cəmiyyətinin bir özəlliyidir. Buna münasibət bildirməmək, əslində, başqa vəziyyətdə bu qurumların necə davranacaqlarını ortaya qoyur. İnsan hüquqlarını qoruyan təşkilatların və digərlərinin nə qədər saxtakarlıqla məşğul olduqları özünü biruzə verir”.

Millət vəkili vurğulayıb ki, bu kimi məsələlərlə bağlı narahat olmağa dəyməz:

“Çünki bu, bizə xeyirdir. Sabah hər hansı bir ittiham olanda ortaya fakt qoymaq imkanımız var. Biz indi bunu əsas götürürük. Bizə qarşı hər hansı irad olanda bu cür faktları göstəririk ki, əgər doğrudan demokratiya barədə düşünürlərsə, buyurub buna da qiymət verəydilər. İkiüzlü olduqlarına görə qiymət vermirlər”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!