Türk dünyasının böyük alimi - məşhur Prinston, Oksford, Kembric və Vyana universitetlərinin professoru İlbər Ortaylı 2024-cü ilin oktyabr ayında sosial media hesabı vasitəsilə sağlamlıq problemləri səbəbindən müalicə aldığını və bir neçə ay ərzində tam sağalacağını bildirmişdi.
Yenisabah.az xəbər verir ki, professorun səhhətində yenidən problem yaranıb.
Belə ki, 77 yaşlı Ortaylının canlı yayımda halı pisləşib. Hadisə Okan Bayülgenin verilişində baş verib. Okan alimin vəziyyətinin yaxşı olmadığını bildirərək onu verilişdən yola salıb. pizza hut
Xatırladaq ki, İlber Ortaylı bu ilin yay ayında katarakt əməliyyatı keçirib. O, qatıldığı bir çox proqramda göz yorğunluğu, baş ağrısı, işığa həssaslıq, yaxını və uzağı görə bilməmək kimi problemlərdən şikayətlənib.
Əsmətxanım
Telegram kanalımız