İlham Əliyev Almaniya prezidentini təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Almaniya prezidentini təbrik etdi

Siyasət

28 Sentyabr 2020 16:14 1116


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu yazıb.

Yenisabah.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident, pizza mizza

Ölkənizin milli bayramı – Alman Birliyi Gününün 30-cu ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası Almaniya Federativ Respublikası ilə müxtəlif sahələrdə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. Siyasi təmaslarımız iqtisadi, humanitar sahələrdə fəal və səmərəli əməkdaşlığımızla müşayiət olunur. İnanıram ki, ölkələrimiz arasındakı qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycan xalqının dost Almaniya xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Almaniya Federativ Respublikasına daim əmin-amanlıq və rifah diləyirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!