İlham Əliyev Azərbaycanla Pakistan arasında imzalanmış sənədləri təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Azərbaycanla Pakistan arasında imzalanmış sənədləri təsdiqlədi

Siyasət

17 Avqust 2024 15:58 662


Prezident İlham Əliyev Azərbaycanla Pakistan arasında imzalanmış sənədləri təsdiqləyib.

President.az-ın xəbərinə görə, 2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlığa dair Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu", eləcə də "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilib.

Həmçinin, Prezident 2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında elmi və texnoloji əməkdaşlıq haqqında Saziş"in və "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu"nun təsdiq edilməsi ilə bağlı da fərmanlar imzalayıb. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!