İlham Əliyev bu ölkənin prezidentini təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev bu ölkənin prezidentini təbrik etdi

Siyasət

28 İyul 2024 11:18 593


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti xanım Dina Ersilia Boluarte Zeqarraya təbrik məktubu  ünvanlayıb. 

Yenisabah.az xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli xanım Prezident,  pizza sifarişi

Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. 

İnanıram ki, Azərbaycan-Peru münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, həm ikitərəfli qaydada, həm də çoxtərəfli təsisatlar çərçivəsində əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik. 

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Peru xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!