İlham Əliyev hansı məmurları yola salacaq? - Siyahı

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev hansı məmurları yola salacaq? - Siyahı

Siyasət

02 May 2019 09:52 3677


Azərbaycan prezidenti İlham Əliyev son illər bütün iclaslarda icra başçılarını daima eyni sözlərlə xəbərdarlıq edir, nöqsanların, çatışmazlıqların olduğunu vurğulayır.

“Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar”- deyən ölkə başçısı idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac olduğunu da qeyd edib.

“Yeni Sabah” xəbər verir ki, aylardır davam edən kadr islahatı anonsları artıq son mərhələdədir. Yaxın günlərdə bir sıra icra başçılarının və hətta nazirlərin yola salınacağı gözlənilir. Son zamanlar vətəndaşlardan daxil olan şikayətlərin ölkə prezidenti tərəfindən şəxsən araşdırılması ilə bağlı deyilənlər ən çox narazılıq olan məmurların çemodan vəziyyətində olduğunu söyləməyə imkan verir.  pizza mizza

Hətta bununla bağlı bir neçə gün əvvəl Hesablama Palatasının pozuntuların çox olduğu dövlət qurumları, icra hakimiyyətləri ilə bağlı açıqladığı siyahı da təsadüf deyil. 

Palata ötən il həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində nöqsan aşkar olunan icra hakimiyyətlərinin adları ilə bərabər və onların yol verdikləri nöqsanların da mahiyyətini açıqlayıb. PA-ya ünvanlanan şikayətlər, son günlər PA rəsmilərinin bölgələrdə keçirdiyi görüşlər əsasında əldə olunan informasiyaların yekunu olaraq qovulacaq məmurların siyahısı hazırlanacaq.  

Bəs, vəzifəsini itirməsi ehtimal olunan məmurlar kimlərdir? 

Palatanın siyahısında aşağıdakı dövlət qurumları var:

Ən çox pozuntu olan Gədəbəy, Bərdə, Baləkən və Ağstafa rayon icra hakimiyyətləridir.  Məlumata görə, 2018-ci ildə büdcə qanunvericiliyini Gədəbəy RİH üç və Bərdə RİH altı dəfə pozub. Əsaslı qoyuluşlar üzrə Gədəbəydə dörd, Bərdədə dörd, Balakəndə iki, Ağstafada isə dörd nöqsan aşkarlanıb. 

Ötən il dövlət satınalmaları ilə bağlı Gədəbəydə iki, Balakəndə altı, Ağstafada üç nöqsan qeydə alınıb. Bundan başqa, Bərdə rayon İcra Hakimiyyətində vergi və gömrük qanunvericiliyinin pozulması üzrə iki, mühasibat uçotu və hesabatlılıqla bağlı altı nöqsan aşkarlanıb.

Nazirliklərə gəlincə isə, palatanın hesabatına əsasən, nöqsanlar Səhiyyə, Kənd Təsərrüfatı, Gənclər və İdman, Xarici İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərində qeydə alınıb. 

Məlumata əsasən, 2018-ci ildə büdcə qanunvericiliyini Kənd Təsərrüfatı Nazirliyi üç, Gənclər və İdman Nazirliyi iki, Xarici İşlər Nazirliyi dörd, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üç dəfə pozub.

Əsaslı qoyuluşlar üzrə Səhiyyə Nazirliyində üç, Gənclər və İdman Nazirliyində üç, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində üç nöqsan qeydə alınıb. Ötən il dövlət satınalmaları ilə bağlı Səhiyyə Nazirliyi dörd, Kənd Təsərrüfatı Nazirliyi üç, Gənclər və İdman Nazirliyi dörd, Xarici İşlər Nazirliyi iki nöqsana yol verib.

Bundan başqa, mühasibat uçotu və hesabatlılıqla bağlı Səhiyyə Nazirliyində üç, Kənd Təsərrüfatı Nazirliyində iki, Gənclər və İdman Nazirliyində üç, Xarici İşlər Nazirliyində isə beş nöqsan qeydə alınıb. Xarici İşlər Nazirliyində ötən il vergi və gömrük qanunvericiliyinin pozulması üzrə üç nöqsan aşkarlanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!