İlham Əliyev Lukaşenkoya zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Lukaşenkoya zəng etdi

Siyasət

30 Avqust 2024 13:15 370


Avqustun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya zəng edib. 

Yenisabah.az xəbər verir ki, dövlətimizin başçısı Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıb. 

Belarus Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.  Pepperoni pizza

Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. 

Yüksək səviyyədə təmasların əhəmiyyətinə toxunularaq bu il Belarus Prezidentinin ölkəmizə dövlət səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfə verdiyi bir daha qeyd edilib. 

Dövlət başçıları əməkdaşlığımızın perspektivlərinə dair və gələcək təmaslarla bağlı fikir mübadiləsi aparıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!