İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak etdi

Siyasət

08 Oktyabr 2024 20:42 887


Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı layihələrin həyata keçirildiyini, əlaqələrin uğurla inkişaf etdiyini bildirdi.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko iclasda çıxış etdi və 1941-1945-ci illər müharibəsində Qələbənin 80 illiyi ilə bağlı MDB xalqlarına və dünya ictimaiyyətinə birgə müraciəti oxudu. Sezar pizza

Sonra Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko çıxış edərək MDB ölkələrinin parlamentlərarası əlaqələrindən, görüləcək işlərdən, nəzərdə tutulan layihələrdən danışdı.

Daha sonra sənədlər imzalandı.

Bununla da MDB Dövlət Başçıları Şurasının iclası başa çatdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!