İlham Əliyev qəti tələb qoydu -   Bundan sonra nə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev qəti tələb qoydu - Bundan sonra nə olacaq?

Siyasət

06 Mart 2026 15:56 965


“İran rəsmilərinin dedikləri cəfəngiyyatdır, nağıldır. Guya Tehranın Naxçıvan Muxtar Respublikasına hücumdan xəbəri yoxdur. Hesab edirəm ki, bunların hamısı əvvəldən planlaşdırılmış addımlardır”.

Bunu “Yeni Sabah”a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, Tehranın Naxçıvana hücumunun heç bir leqal əsası, bəhanəsi yoxdur və ola bilməz: pizza

“Bu müharibə başlamamışdan xeyli öncə İran xarici işlər nazirinin müavini Vahid Cəlani bildirmişdi ki, İsrail və ABŞ ilə savaş olacaq. Görünən odur ki, İranın molla rejimi məhz belə bir plan üzərində işləyib ki, müharibə başlasa, bütün regionu alova bürüsünlər. Necə deyərlər, cəhənnəmə gedən özü ilə yoldaş axtarar. İran savaşın ilk dəqiqələrindən Körfəz ölkələrinə zərbələr endirməyə başladı. Burada müəyyən əsaslandırma ola bilər ki, Tehran bu ölkələrin ərazisindəki ABŞ hərbi bazalarına hücum edir. Amma son 2 gündə ard-arda həm Türkiyə, həm də Azərbaycan ərazisinin hədəfə alınması, hücumların ABŞ hərbi bazaları ilə əlaqəsinin olmadığını açıq şəkildə ortaya qoyur”.

Politoloq vurğulayıb ki, Tehran Azərbaycana düşmən münasibət bəsləyir və hücum da bundan qaynaqlanır:

“Nə Türkiyənin, nə də Azərbaycan ərazisində ABŞ-yə məxsus baza var. Lakin bu hücum gözlənilən idi. Biz İslam Respublikasının Azərbaycana olan münasibətini dəqiq bilirik. Bu münasibət üzdə nə qədər hiyləgər, yumşaq olsa da, İran Azərbaycana düşmən dövlətdir. Tehranın milli xarici siyasət konsepsiyasında Azərbaycan dövləti təhdid olaraq göstərilib. Azərbaycan müstəqilliyini bərpa edəndən bugünədək İrandan yalnız xain hərəkətlər görmüşük. Tehran bütün işğal dövründə Qarabağdakı separatçı rejimi dəstəkləyənlərin başında gəlirdi. 44 günlük Vətən müharibəsində isə İranın növbəti xəyanətlərini gördük. Azərbaycan İranla münasibətləri normal qonşuluq məcrasına qaytarmaq üçün çox cəhdlər etdi. Lakin İslam Respublikası bunda maraqlı deyildi”.

O.Qasımovun fikrincə, bu cür təxribatlar bir daha baş verərsə, Bakının cavabı sərt olacaq:

“Naxçıvan Beynəlxalq Hava Limanı ona görə hədəf alındı ki, muxtar respublika 36 ildir ki, blokadadır. Təyyarə isə bu blokadanı qismən aradan qaldıran əsas nəqliyyat vasitəsidir. Bundan sonrakı proseslərə gəlincə, mən düşünürəm ki, bu məsələ hələ bitməyib. İran nə qədər boynundan atmağa çalışsa da, bu hücumun birbaşa məsuliyyətini daşıyır. Bundan sonra da belə təxribatların həyata keçirilməsi ehtimalı xeyli yüksəkdir. Bu cür təxribatların olacağı təqdirdə cavabın necə veriləcəyini dünən Azərbaycan Prezidenti öz çıxışında bildirdi”.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Nəticədə 4 nəfər xəsarət alıb.

Ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlət başçısı toplantıda bildirib ki, Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!