İlham Əliyevdən gömrük islahatı ilə bağlı sərəncam

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevdən gömrük islahatı ilə bağlı sərəncam

İqtisadiyyat

13 İyun 2019 16:07 1914


Prezident İlham Əliyev “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, dəyişiklik  “Yeyinti məhsulları haqqında” qanuna edilən dəyişikliklərin icrası ilə əlaqədan olunub. 

“Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama aşağıdakı dəyişikliklər edilib: pizza mizza

1. 2.4-cü bəndə “(şəhadətnamələr)” sözündən sonra “, qida məhsullarına münasibətdə qida təhlükəsizliyi sertifikatı, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış” sözləri əlavə edilsin;

2. 2.5-ci bəndə “(şəhadətnamənin)” sözündən sonra “, qida məhsullarına münasibətdə qida təhlükəsizliyi sertifikatının, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışın” sözləri əlavə edilsin;

3. 6-cı hissədə “Kənd Təsərrüfatı Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!