İlham Əliyevdən “Tvitter”də növbəti paylaşım   - Foto

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevdən “Tvitter”də növbəti paylaşım - Foto

Siyasət

11 Noyabr 2020 19:22 59154


"Xalqımızın birliyi bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq. Qarabağ yenidən doğulacaq, canlanacaq, dirçələcək. Qarabağ əsl cənnət məkanına çevriləcək".

Yenisabah.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin "Tvitter" hesabındakı paylaşımında yer alıb.

"Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. Biz tarixi Qələbəmizi hüquqi və siyasi müstəvidə daha da möhkəmləndirəcəyik. pizza mizza

Qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. Onlar torpağımızı düşməndən qarış-qarış azad edib, bu Zəfəri xalqımıza nəsib ediblər.

Bu, bizim hər birimizin həyatında ən xoşbəxt anlardır. İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərdi", - deyə İlham Əliyev vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!