İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

Rəsmi

26 May 2024 17:32 1614


Paraqvay Respublikasının Prezidenti Santyaqo Penya Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yenisabah.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident. pizza

28 May – Müstəqillik Günü münasibətilə Zati-alinizə Paraqvay Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan səmimi qardaşlıq salamlarımı çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, qardaş Azərbaycan xalqına sülh, xoşbəxtlik və firavanlıq, Paraqvay Respublikası ilə Azərbaycan Respublikasını birləşdirən dostluq və əməkdaşlıq əlaqələrinin daim möhkəmlənməsini arzulayıram.

Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bir daha bəyan edirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!