Dünən keçirilən toplantıda Prezident İlham Əliyev nağdsız ödənişlərin aşağı səviyyədə olmasına diqqət çəkib, bu sahədə ciddi addımların atılmasının vacibliyini qeyd edib.
“Yeni Sabah” xəbər verir ki, bu durumu şərh edən ekspert Osman Gündüz deyib ki, nağdsız hesablaşmaların aşağı səviyyədə olmasının səbəblərini Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank və digər aidiyyatı qurumlar çox gözəl bilir: “Əsas problemlər ölkədə konservativ maliyyə-bank siyasəti ilə bağlıdır. Elə bu gün rastlaşdığım situasiya məni nəqd əməliyyat aparmağa vadar edib.
Günay Sığorta şirkətinin xidməti üçün kartla ödəniş etmək istədim. Bildirildi ki, kartla ödəsəm kartımın aid olduğu bankın tələbinə görə 3% əlavə rüsum tutulacaq . Təbii ki, mən nəqd ödəməyə üstünlük verdim. Dominos pizza
Bu kimi problemlər əksər xidmət sahələrində var. Bütün bu rüsumları da banklar müəyyən edib. Dünya təcrübəsi göstərir ki nağdsız hesablaşmanı artırmaq üçün stimullaşdrıma, həvəsləndirmə çox vacibdir. Bu sahədə bir sıra addımlar atılsa da yetərli deyil. Bəzən isə bunun tam əksini görürük.
Məsələn, tutaq ki, sizin bankdakı VÖİN hesabınıza vəsait daxil olub. Təbii ki, siz bu vəsaiti banka getmədən kart hesanıbıza köçürüb nəqdsiz istifadə etmək istəyəcəksiniz.Təsəvvür edin ki, indiki halda bu mümkünsüzdür.
Mövcud tənzimləmə bu vəsaiti mütləq şəkildə nəqdəşdirməyə məcbur edir. Bunun üçün siz gərək mütləq banka gedəsiniz, vəsaiti nəqdəşdirəsiniz və sonra da istəsəniz karta köçürmə edəsiniz. İzahı olmayan vəziyyətdir. Səbəb isə nəqdəşdirmə ilə bağlı 1%-lik verginin mövcud olmasıdır.
Bütün əksər qonşu olkələrdə mobil telefon vasitəsilə təmassız ödəməni nəzərdə tutlan NFC texnologiya tətbiq olunur. Nağdsız ödənişləri stimullaşdıran, təşviq edən ən maraqlı texnoloji həllərdən biridir. Xüsusilə də bizdə telefondan istifadəyə maraq çox yüksəkdir. Lakin indiyədək də bizdə tətbiq olunmur. Mobil operatorlar nə qədər buna cəhd etsələr də konservativ bank siyasətimiz hələlik buna imkan yaratmayıb.
Bunun tətbiqi bizdə nağdsız ödənişlərdə çox böyük dəyişiklik yarada bilərdi.
Düşünürəm ki, ödənişlər üçün QR kod texnologiyasından istifadəyə imkan yaradılmalı, həmçinin kartların özündə təmassız ödənişlər üçün imkanlar yaradılmalı və təmassız ödənişə imkan verən xidmətlərin sayı artırılmalıdır. Avtobusda və ya digər sahələrdə kartı sadəcə hansısa qurğuya yaxınlaşdırmaqla gediş haqqı və ya digər xidmətin haqqını ödəmək bir çox ölkələrdə tətbiq olunur.
2018–2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramı qəbul edilib. Lakin bu sahədə işlər çox ləng gedir. Mərkəzi Bank, MBNP və digər qurumlar bu istiqamətdə, yeni maliyyə texnologiyalarının və İT-nin tətbiqi sahəsində tez –tez müzakirələr aparsalar da, proses sürətlənmir.
Rəqəmsal bankçılıq, rəqəmsal ödəniş infrastruktu və rəqəmsal ödəniş texnologiyalarının tətbiq sahəsində vəziyyəti yaxşı hesab etmək olmaz.
İndiyədək də Ödəniş Xidmətləri ilə bağlı Qaydaların qəbul edilməməsinin bir izahı ola bilər ki Mərkəzi Bank liberallaşmaya, bazalra yeni oyunçularin, bank olmayan oyunçularin, FinTex-lərin daxil olmasına elə də maraqlı deyil. ASAN Pay İilə bağlı məsələdə bu çox aydın şəkildə görsənmişdi.
Bank olmayan ödəniş xidməti qurumlarına qarşı qısqanclıq duyulur.
Müşahidələr göstərir ki, biz elektron pul, mobil pul kisəsi, ani ödəniş kimi ödəniş məhsulların tətbiqi sahəsində çox ləngiyirik, hətta qonşu ölkələrdən geri qalırıq.
Bəkə də azsaylı ölkələrdən biriyik ki, biz mobil operatorlarımızı maliyyə-mank sektorunun, rəqəmsal ödənişlər sektorunun iştirakçısına çevirə bilməmişik.
Xatırlayıram ki, Prezident nağdsız hesablaşmaların inkişafı, bu sadə olan problemlərlə bağlı bir neçə dəfə məsələ qaldırb.
Ümid edirəm ki, maliyyə-bank sektoru üzrə əsas söz sahibləri - MB və MBNP Prezidentin çıxışında deyilənlərdən nəticə çıxaracaqlar”.
Telegram kanalımız