İlham Əliyevin İrəvandakı sammitdə iştirak edəcək? - XİN rəhbəri danışdı

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevin İrəvandakı sammitdə iştirak edəcək? - XİN rəhbəri danışdı

Siyasət

26 Fevral 2026 09:48 394


Xarici işlər naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirak edib-etməyəcəyindən danışıb.

"Yeni Sabah" xəbər verir ki, nazir Avropa Siyasi Birliyinin tədbirlərində müxtəlif səviyyəli təmsilçiliyin nəzərdə tutulmadığını bildirib.

"Məndə olan məlumata görə, may ayında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində Azərbaycan Prezidentinin iştirakı nəzərdə tutulmur. Burada təmsilçilik yalnız dövlət başçıları səviyyəsində olur, yəni bu format belə təsis edilib. Məndə olan məlumata əsasən, Prezident İlham Əliyevin may ayında Ermənistana səfəri nəzərdə tutulmayıb", - XİN başçısı qeyd edib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!