İlhamə Elşadqızının anası məhkəmədə ifadə verə bilmədi

saytların hazırlanması

Evə çatdırılma

İlhamə Elşadqızının anası məhkəmədə ifadə verə bilmədi

Kriminal

13 Avqust 2025 16:35 371


Sosial şəbəkələrdə özünü şairə kimi təqdim edən İlhamə Əskərovanın (Elşadqızı) cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.

Yenisabah.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəmisinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən xanımın anası Almaz Əskərova posesdə şahid kimi ifadə verməsi ilə bağlı müdafiə tərəfi vəsatət təqdim etsə də, hakim vəsatətin natamam olmasını bildirərək onun yenidən tamamlanaraq təqdim edilməsini istəyib.

Vəkil müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti yenidən təqdim etsə də, məhkəmə onu əsassız hesab etdiyindən təmin etməyib. Pepperoni pizza

Növbəti proses sentyabrın 3-nə təyin edilib.

Qeyd edək ki, “TikTok” əməliyyatları çərçivəsində aparıcı Azər Zahid, Abdullayev Emin və Rəşad qardaşları və digərləri saxlanılıb. Onların barəsində həbs qərarı çıxarılıb.

İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!