Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt" klubu ilk yoxlama oyununu keçirib.
Yenisabah.az xəbər verir ki, komanda Polşa “Yagelloniya”sı ilə üz-üzə gəlib.
Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Dominos pizza
"Sumqayıt"ın qonşu ölkədəki hazırlıq prosesi yanvarın 23-də başa çatacaq.
Bu müddət ərzində o, daha iki yoxlama matçı keçirməyi planlaşdırır.
Rəqiblər və tarixlər hələlik dəqiqləşməyib.
Telegram kanalımız