ATV ilə yollarını ayıran aparıcı və prodüser İlkin Həsəninin komandası ilə birgə "Space" TV-dən də getdiyi iddia edilir. OLAY-ın əldə etdiyi məlumata görə, onunla birgə komandasının üzvləri, aktyorlar - Nicat Rəhimov və İlkin Misgərli də sözügedən televiziya ilə yollarını ayıracaq.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan "İlk media" komandasının rəhbəri yayılan xəbərlərin əsassız olduğunu bildirib.
İlkin Həsəni komandası ilə birgə “Space” telekanalı ilə əməkdaşlıqlarını davam etdirəcəklərini deyib: Pepperoni pizza
“Yayılan xəbərlər əsassızdır. Bizim “Space” telekanalı ilə hələ ilin sonuna qədər yayım müqaviləmiz var. Yeni ildən sonra isə baxıb düşünəcəyik ki, müqaviləmizi yeniləyək yoxsa yox. Hələ ki, fəaliyyətimizi bu kanalda davam etdiririk”.
Qeyd edək ki, bu mövsümün əvvəlində "Buğlama" komediya serialı ATV-dən rebrendinq olan "Space" TV-yə transfer olmuşdu.
Əsmətxanım
Telegram kanalımız