“İlkin Nərmini öldürdüyünü etiraf etdi” - Məhkəmədə şok

saytların hazırlanması

Evə çatdırılma

“İlkin Nərmini öldürdüyünü etiraf etdi” - Məhkəmədə şok

Kriminal

21 Aprel 2022 18:46 11672


Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Yenisabah.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmədə İ.Süleymanovun təcridxanadakı kamera yoldaşı Rəvan İsmayılov ifadə verib.

O bildirib ki, İlkin Nərmini öldürdüyünü etiraf edib: "Fevral ayı idi. Kamerada bizdən başqa heç kim yox idi. Birdən İlkin mənə yaxınlaşaraq Nərmini öldürdüyünü etiraf etdi. Mənə deyirdi ki, hadisəni törədib, lakin 10 yaşlı Nərmini hansı səbəblə qətlə yetridiyini mənə demədi". pizza sifarişi

Məhkəmə prosesində təqsirləndirilən şəxsin vəkillərinin verdiyi sualı - İlkin onunla birgə təcridxanada olan digər üç nəfərə cinayəti törətmədiyini deyib. Həmin şəxslər bunu öz ifadələrində deyiblər. Necə olur ki, İlkin digər üç nəfərə belə bir etiraf etmədiyi halda sizə Nərmini qətlə yetirdiyini etiraf edib?

R.İsmayılov isə buna əsaslı cavab verə bilməyib və əlavə edib ki, İlkin etiraf edən zaman kamerada ikisindən başqa heç kim olmayıb.

Hakimin qərarı ilə növbəti məhkəmə aprelin 22-nə təyin olunub.Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!