Ötən mövsümün sonu "Keşlə"dən ayrıldıqdan sonra klubsuz qalan braziliyalı futbolçu Denis Silvanın yeni klubu məlum olub.
"Yeni Sabah" xəbər verir ki, təcrübəli müdafiəçi karyerasını ölkəsində davam etdirəcək.
33 yaşlı futbolçu Paulista A-2 seriyasında çıxış edən "San Kaetano"a keçib. Bu barədə məlumatı klubun rəsmj saytı yayıb. Denis Silva keçidi ilə bağlı təəssüratlarını bu cür şərh edib: pizza
"Demək olar ki, 11 il idi, ölkəmdən uzaq idim. Böyük hesab etdiyim klubda oynamaq üçün Braziliyaya qayıtmaq gözəl hissdir. Burada öyrəşdiyim futboldan fərqli oyun ortaya qoyacağam. Sürətliyəm, fiziki gücüm yerindədir, müdafiəçidən tələb olunan hava toplarında yaxşıyam. "San Kaetano"ya kömək etmək üçün əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, Denis Silva Kruz "Keşlə"dən başqa ölkəmizdə "Xəzər Lənkəran" və "Neftçi" klublarında da çıxış edib.

Telegram kanalımız