İlon Mask İran rəsmisi ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

İlon Mask İran rəsmisi ilə görüşdü

Dünya

15 Noyabr 2024 09:20 441


Milyarder İlon Mask Nyu-Yorkda İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ilə görüşərək ABŞ və İran arasında gərginliyin azaldılması yollarını müzakirə edib.

Yenisabah.az The New York Times-a istinadla xəbər verir ki, bunu adı açıqlanmayan 2 İran rəsmisi bildirib.

Mask və İrəvani Bazar ertəsi görüşüblər. Milyarderlə İrəvani arasında gizli yerdə görüş 1 saatdan çox davam edib. Bu, Maskın təşəbbüsü olub və məkanı İran rəsmisi seçib. Dominos pizza

Mənbələr görüşü “müsbət” və “yaxşı xəbər” kimi qiymətləndiriblər.

Bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bəyan etmişdi ki, Mask keçmiş prezidentliyə namizəd və sahibkar Vivek Ramasvami ilə birlikdə yeni Hökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!