İlon Maskın kosmosa göndərdiyi avtomobilin aqibəti necə oldu?

saytların hazırlanması

Evə çatdırılma

İlon Maskın kosmosa göndərdiyi avtomobilin aqibəti necə oldu?

Dünya

21 Avqust 2019 14:10 1119


“SpaceX” şirkətinin sahibi, məşhur milyarder İlon Maskın kosmosa göndərdiyi “Tesla Roadster” markalı avtomobili Günəşin ətrafında ilk dövrə vurub.

"Yeni Sabah" xarici mətbuata istinadən bildirir ki, ötən il kosmosa göndərilən avtomobil artıq kosmosda 1,2 milyard kilometr məsafə qət edib.

Start vaxtı maşının salonunda mərhum müğənni Devid Bovinin “Life on Mars” (“Marsda həyat”) adlı mahnısı səsləndirilib. Avtomobilin akkumulyatoru hələ də işlək vəziyyətdə qalırsa, onda bu mahnı indiyə kimi 150 min dəfə təkrar olunub. pizza mizza

Bildirilir ki, avtomobil təxminən milyon il sonra Veneranın yaxud Yerin atmosferinə daxil olaraq yanacaq. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!