İlqar Nadiri “Kəpəz”in sədri seçildi

saytların hazırlanması

Evə çatdırılma

İlqar Nadiri “Kəpəz”in sədri seçildi

İdman

04 Sentyabr 2022 19:27 1892


“Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib.

Yenisabah.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda İdarə Heyətinin yeni tərkibi təsdiqlənib.

Bunadək klubun icraçı direktoru olan İlqar Nadiri sədr, Vasif Qafarov sədr müavini seçilib. Müşfiq Cəfərov, Həmid Nəsirov, Zəfər Məmmədov İdarə Heyətinin üzvləri olublar. Pepperoni pizza

Yığıncaqda əsas komandanın nəticələri müzakirə olunub. Tərlan Əhmədov komandanın yeni baş məşqçisi təyin edilib.

İclasda klubun hüquqi ünvanının dəyişdirilməsi haqqında qərar verilib və digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, iclasda Gəncə futbolunun kuratoru İsgəndər Cavadov da iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!