“İmarət” stadionunun tikilib istifadəyə veriləcəyi tarix bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

“İmarət” stadionunun tikilib istifadəyə veriləcəyi tarix bəlli oldu

İdman

16 Noyabr 2022 18:20 1125


Ağdamın "İmarət" stadionu (futbol məktəbi, “Qarabağ” futbol klubu üçün köməkçi idman təsisatları ilə birgə) 2023-2026-cı illərdə tikilib istifadəyə veriləcək.

Yenisabah.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, arenanın layihələndirilməsini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək. Tikintiyə nəzarət isə Gənclər İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən ediləcək. Pepperoni pizza

Tikintinin yekunlaşdırılması və kompleksin istifadəyə verilməsi 2026-cı ildə nəzərdə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!