İmişlidə 2 dələduz həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

İmişlidə 2 dələduz həbs olundu

Kriminal

11 Oktyabr 2022 11:01 959


İmişlidə genişmiqyaslı dələduzluğun üstü açılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara qarşı dələduzluq edən 2

nəfər şəxs - rayonun Xəlfəli kənd sakinləri Vüqar Qafarov və onun əmisi oğlu Bahadur Qafarov saxlanılıblar. pizza sifarişi

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər sosial şəbəkələrdə

yaradılmış maliyyə piramidasına qısa müddət ərzində xeyli sayda vətəndaşı cəlb edə biliblər. Onlara müraciət edən şəxsləri isə guya bu platformaya investisiya qoyduqları zaman yüksək qazanc əldə edəcəklərinə inandıraraq vətəndaşların etibarından sui-istifadə etməklə aldadıblar. Piramidaya qoşulan şəxslərə əvvəlcədən ikiqat gəlir, eləcə də platformaya cəlb etdikləri hər bir şəxsə görə, həmçinin qoşulma üçün ödədikləri pullardan aylıq gəlir şəklində ödənişlər vəd olunub.

Faktla bağlı İmişli RPŞ-də Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!