İmişlidə piyadanı vurub qaçan sürücü tutuldu

saytların hazırlanması

Evə çatdırılma

İmişlidə piyadanı vurub qaçan sürücü tutuldu

Hadisə

06 Yanvar 2020 16:51 867


Yanvarın 5-də saat 1 radələrində İmişli rayonunun Qaralar kəndi ərazisində yolu keçən Yalavac kənd sakini M.Orucov naməlum avtomobillə vurulub. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilib. 

"Yeni Sabah" xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a bildiriblər ki, yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Yalavac kənd sakini V.Mustafayev İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. 

Hadisə ilə bağlı araşdırma aparılır.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!