İmişlidə tələbə atasına görə adam öldürdü

saytların hazırlanması

Evə çatdırılma

İmişlidə tələbə atasına görə adam öldürdü

Kriminal

16 Avqust 2025 00:09 467


İmişlidə həmkəndlisini öldürməkdə təqsirləndirilən Fərid Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Fərid Allahverdiyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il yanvar ayında İmişlidə baş verib. Təqsirləndirilən Fərid Allahverdiyev həmkəndlisi Vüsal Allahverdiyevi atasını təhqir etdiyini əsas gətirərək kafedə bıçaqlayıb. Vüsal Allahverdiyev xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb. pizza hut

F.Allahverdiyevə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. O, Lənkəran Dövlət Universitetinin tələbəsi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!