Rusiyada bir kişi başını burğacla (atvyorka) deşib.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, o, bunu yuxularını idarə edə bilmək üçün etdiyini bilirib.
Sözügedən şəxs internetdə neyrocərrahların necə işlədiyini göstərən videolara baxaraq evdə özü başını burğacla deşib. Marqarita pizza
Yuxularını idarə etmək istədiyi üçün başını deşən adam beyninə çip yerləşdirib. Həmin anda öləcəyini düşünən şəxs 1 litr qan itirdiyini deyib.
Maykl Raduqa istifadəçi adı ilə açılan "Twitter" hesabında əməliyyatdan sonrakı görüntülərini paylaşan şəxs neyrocərrahların əməliyyat videolarına baxaraq özünü bu prosesə hazırladığını bildirib.
Raduqanın "Phase Research Center" adlı təşkilatın qurucusu olduğu məlum olub.
Təşkilatda bədəndən kənar təcrübələr, aydın yuxular və astral proyeksiya ilə bağlı müxtəlif araşdırmaların aparıldığı məlum olub.
Raduqa müsahibələrinin birində “Sağ qaldığım üçün şadam, amma ölməyə də hazır idim” -, deyə qeyd edib.
Gülxanım Əliyeva
Telegram kanalımız