Saatlıda oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub.
DİN-dən "Yeni Sabah"a verilən məlumata görə, Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də rayon sakini Ş.Məmmədova məxsus yardımçı təsərrüfatdan 1 baş inək və 9 baş qoyun oğurlamaqda şübhəli bilinən Saatlı şəhər sakinləri K.Zeynalov, S.İbrahimov və əvvəllər məhkum olunmuşlar E.Əliyev və R.Şıxalıyev saxlanılıblar.
K.Zeynalovun, S.İbrahimovun və R.Şıxalıyevin ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Sabirabad rayonu ərazisində bir həyətyanı sahədən su mühərriki, habelə M.Cəfərova məxsus 7 baş qoyunu oğurlamaları da müəyyən edilib. Toyuqlu pizza
Telegram kanalımız