İnfarkt keçirən Lalə Şövkətin vəziyyəti necədir? -   Oğlu AÇIQLADI

saytların hazırlanması

Evə çatdırılma

İnfarkt keçirən Lalə Şövkətin vəziyyəti necədir? - Oğlu AÇIQLADI

Sosial

02 Aprel 2025 15:17 445


“Lalə xanım nisbətən yaxşıdır. Səhhətində irəliləyiş var. Ümumiyyətlə, infarktdan sonra gərək uzun müddət özünü qoruyasan. Mən də onu qoruyuram”.

Yenisabah.az  xəbər verir ki, bu sözləri Teleqraf-a ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkətin oğlu Sidqi Şövkət deyib.

“Müalicəsi davam edir. İnfarktdan sonra həkimlər Lalə xanıma çox hərəkət etməməyi və danışmamağı tövsiyə etmişdi. Sadəcə, infarktan sonra həmişə tövsiyə olunur ki, pasiyent çox hərəkət eləməsin, çox ünsiyyətdə olmasın. Lalə xanım da daha çox ev şəraitində müalicəyə üstünlük verir, xəstəxanın adını belə eşitmək istəmir”,- o qeyd edib. pizza mizza

Xatırladaq ki, Lalə Şövkət 2021-ci ildə infarkt keçirib, ürək əməliyyatı olmuşdu.

1951-ci il noyabrın 7-də Bakı şəhərində anadan olan Lalə Şövkət (Lalə Hacıyeva) 1993-cü il iyulun 7-dən 1994-cü il yanvarın 29-dək Dövlət katibi vəzifəsində çalışıb. 1995-2023-cü illərdə isə o, Azərbaycan Liberal Partiyasının sədri olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!