İnfarkt riski qrupuna aid olan insanlar - HƏKİM RƏYİ

saytların hazırlanması

Evə çatdırılma

İnfarkt riski qrupuna aid olan insanlar - HƏKİM RƏYİ

Sağlamlıq

12 Oktyabr 2023 07:48 5385


Günümüzdə bir çox insanlar ürək ağrılarından şikayət edir, infarkt keçirirlər. Terapevt Nadejda Çernışova infarkt riskində olanlardan danışıb.

“İnfarktın xüsusi risk qrupuna diabet, yüksək qan təzyiqi, aritmiya, ateroskleroz və ürək-damar problemlərinə irsi meylli insanlar daha çox daxildir”, - deyir terapevt.

Ekspert bildirir ki, əgər yaxın qohumlarınızdan biri artıq infarkt keçiribsə, mütəmadi olaraq siz də ürəyinizin fəaliyyətinə nəzarət etməlisiniz. Pepperoni pizza

Ürək döyüntüsü pozğunluğu, qanda yüksək xolesterol və qan təzyiqi infarkt riskini bir neçə dəfə artırır. Həkim onu da qeyd edib ki, şəkərli diabetdən əziyyət çəkən insanlar da həssas qrupdadır.

Şəkərli diabet xəstələri çox vaxt yüksək qan şəkərinə görə deyil, infarkt səbəbindən ölürlər. Bu xəstəliyə damarları bağlayan trombların əmələ gəlməsi çox xarakterikdir.

İnfarktın qarşısını almaq üçün Çernışova pəhrizə riayət etməyi, müntəzəm idmanla məşğul olmağı, stresin öhdəsindən gələ bilməyi və pis vərdişlərdən imtina etməyi tövsiyə edir. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!