İngilis kəşfiyyatı “İnstagram”da səhifə açdı

saytların hazırlanması

Evə çatdırılma

İngilis kəşfiyyatı “İnstagram”da səhifə açdı

Dünya

22 Aprel 2021 20:35 846


İngiltərə əks-kəşfiyyat xidməti MI5 “İnstagram” səhifəsi açıb.

Yenisabah.az “Daily Telegraph”a istinadla xəbər verir ki, kəşfiyyat təşkilatının rəhbəri Ken Makkallum qurumun daha açıq olmaq və ölkənin təhlükəsizliyi üçün daha da yaxşı xidmət etmək istədiyini bildirib.

Hələlik MI5-in səhifəsində yalnız bir paylaşım var: Londondakı qərargahının foyesindəki şüşə günbəzin fotoşəkili. pizza mizza

“Kəşfiyyatın müvəffəqiyyətinin sirri nədir? Baş verənlərə müxtəlif yönlərdən baxmaq. Bu daha yaxşı təsəvvür yaradır, – deyə fotonu müşayiət edən yazıda deyilir. – Bu günbəz işçilərimizin Temz-hausa girərkən gördükləri şeydir. Divarların arxasında İngiltərənin bir çox yaxşı qorunan sirləri gizlənir”.

Statusda gizli xidmət abunəçilərini MI5-in işi ilə daxildən tanış edəcəyini vəd edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!