İngilis klubları Mbappe ilə maraqlanır

İngilis klubları Mbappe ilə maraqlanır

İdman

21 Dekabr 2022 10:41 682


“Paris Saint-Germain” (PSG) və Fransa millisinin hücumçusu Kilian Mbappe karyerasını İngiltərədə davam etdirə bilər.

Yenisabah.a “Metro”ya istinadla xəbər verir ki, Mbappenin bombardir kimi başa vurduğu Dünya Çempionatı başa çatdıqdan dərhal sonra onun “PSG”dən mümkün gedişi ilə bağlı xəbərlər yayılıb.

“Liverpool”, “Manchester United” və “Chelsea” vəziyyəti diqqətlə izləyir və fransalı ulduzla müqavilə imzalamaq imkanını ciddi şəkildə düşünür. 

Kilian Mbappenin “PSG” ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Cari mövsümdə 24 yaşlı futbolçu “PSG”nin heyətində 20 oyunda 19 qol vurub, 5 məhsuldar ötürmə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!