İngiltərə İranı darmadağın etdi

İngiltərə İranı darmadağın etdi

İdman

21 Noyabr 2022 19:25 599


Qətərdə təşkil olunan DÇ-2022 davam edir.

Yenisabah.az xəbər verir ki, bu gün üçün nəzərdə tutulan 3 matçdan artıq 1-i başlayıb. B qrupunda İngiltərə İranla qarşılaşıb və 6:2 hesabı ilə qalib gəlib. Dohadakı "Xəlifə" stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 17:00-da başlayıb.

A qrupunun ikinci matçında Niderland yığması Seneqalla üz-üzə gələcək. "Al-Tumama" arenasındakı oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bu qrupun və mundialın ilk görüşündə ev sahibi Qətər Ekvador yığmasına 0:2 hesabı ilə uduzub.

Günün son matçında ABŞ yığması Uelslə üz-üzə gələcək. "Əhməd ibn Əli" stadionunda keçiriləcək görüşün Bakı vaxtı ilə 23:00-da başlayacaq.

21 noyabr

DÇ-2022

B qrupu

17:00. İngiltərə - İran - 6:2 

Qol: Cud Bellinqem, 35, Bukayo Saka, 44, Rahim Sterlinq, 45+1, Saka, 62, Reşford, 72, Qriliş, 90 - Taremi, 65, 90+13 

Baş hakim: Rafael Klaus (Braziliya)

"Xəlifə" stadionu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!