İngiltərədə atışma:  6 nəfər qətlə yetirilib

saytların hazırlanması

Evə çatdırılma

İngiltərədə atışma:  6 nəfər qətlə yetirilib

Dünya

13 Avqust 2021 09:38 792


İngiltərənin cənub-qərbindəki Plimut şəhərində atışmada altı nəfər həlak olub. Polis şübhəli silahlının da öldüyünü bildirir.

Hadisə yerində iki qadın və silahlı daxil olmaqla üç kişi öldürülüb. Daha bir qadın isə sonradan xəstəxanada keçinib.

“Onların hamısı aldıqları güllə yarasından ölüblər”, – polis bəyanatında bildirir. pizza hut

Bəyanata görə, insident terrorçuluqla bağlı olmayıb, ərazi təhqiqat getdiyi üçün qapadılıb. Polis ictimaiyyətdən hadisə yerinin fotolarını sosial mediada paylaşmamağı xahiş edib.

Yerli deputat Lyuk Polard öldürülənlərdən birinin yaşı 10-dan aşağı uşaq olduğunu deyib. “Xəstəxanada müalicə alanlar var. Bu haqda danışmaq belə asan deyil. Ailələrə başsağlığı verirəm”, – Polard Twitter-də yazıb.

Bir şahidin BBC-yə deməsinə görə, o, bir neçə dəfə açılan atəşdən sonra qışqırıq eşidib, silahlı bir evin qapısını sındıraraq ətrafa atəş açmağa başlayıb. O daha sonra evdən çıxaraq qarşısına çıxanlara atəş açıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!