İngiltərədə ulduz futbolçuya heykəl qoyuldu - FOTO

saytların hazırlanması

Evə çatdırılma

İngiltərədə ulduz futbolçuya heykəl qoyuldu - FOTO

İdman

13 May 2022 13:57 342


“Mançester Siti” sabiq futbolçusu Serxio Aqueroya heykəl ucaldıb.

Yenisabah.az xəbər verir ki, argentinalı hücumçunun heykəli Mançesterdə - “Etihad” stadionunun yaxınlığına qoyulub.

Klubun İngiltərə Premyer Liqasında ilk titulunu və 44 ildən sonra ilk İngiltərə çempionluğunu qazandığı günə həsr edilən heykəlin açılışı olub. Komanda 2012-ci il mayın 13-də məhz Aqueronun 90+3-cü dəqiqədə “Kuinz Park Reyncers”ə vurduğu qol sayəsində çempion adını qazanıb. pizza

Qeyd edək ki, Aquero 2011-2021-ci illərdə “Mançester Siti”də çıxış edib. O, 260 qolla klub tarixinin bombardiridir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!