İnqilab Məmmədova yeni təyinat

saytların hazırlanması

Evə çatdırılma

İnqilab Məmmədova yeni təyinat

İdman

16 İyul 2019 10:58 1301


Çimərlik futbolu üzrə FIFA hakimi İnqilab Məmmədov yeni təyinat alıb.

“Yeni Sabah” xəbər verir ki, referi iyulun 17-də Rusiyanın paytaxtı Moskvada start götürəcək dünya çempionatının seçmə mərhələsinin oyunlarına təyinat alıb.

İyulun 28-dək davam edəcək yarışda Azərbaycan yığması da iştirak edəcək. Milli iyulun 19-da, 21-də və 22-də müvafiq olaraq Ukrayna, İspaniya və Latviya yığmaları ilə qarşılaşacaq.

Qeyd edək ki, seçmə mərhələnin 5 ən yaxşı komandası 21 noyabr - 1 dekabrda Paraqvayda keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!