"İllər keçdikcə çox şey dəyişməyə başlayır. Bu, qəfil yox, asta-asta baş verir. Sanki zaman vərdişləri və baxışları səssizcə yonur. 55 yaşdan sonra bir çoxları başqaları üçün “narahat” olurlar. Amma məhz bu anda həqiqi azadlıq yaranır".
Yenisabah xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə sosial media hesabında yazıb.
O bildirib ki, əvvəllər kiminsə sonsuz şikayətlərini dinləmək mümkün olurdu: Dominos pizza
"Əvvəllər nəzakət xatirinə gülümsəmək, səs-küylü görüşə getmək, halbuki ürəyin sakitlik istəyirdi, ya da kiminsə sonsuz şikayətlərini dinləmək mümkün idi. İndi yox. İndi ətrafda get-gedə daha çox elə insanlar olur ki, başqalarına xoş gəlmək üçün yaşamırlar və nəhayət, həqiqəti deməyə özlərinə icazə veriblər. İstəməsələr də, eşitsinlər. Fyodor Dostoyevski deyirdi: “İnsan yaşa dolduqca, onun ruhu daha dürüst və sadə olur.” Həyat da bunu təsdiqləyir".
Aydan Hacı
Telegram kanalımız