"Əfqanlar çarəsizlikdən qaçıb təyyarələrdən yapışarkən, kimsə bu iyrənc köynəklə onların dərdi və səfaləti hesabına pul qazanmaq qərarına gəlib".
Yenisabah.az xəbər verir ki, bunu öz "Twitter" səhifəsində "Atlantic Council" (Atlantik Şurası) analitik mərkəzinin təmsilçisi Holli Daqres yazıb.
Onun sözlərinə görə, ABŞ-da bir neçə veb-sayt vasitəsilə Kabil hava limanından səmaya qalxmış hərbi təyyarədən yıxılan əfqan qaçqınları əks etdirən idman köynəklərinin satışı həyata keçirilir. Marqarita pizza
Analitik həmin köynəklərin fotolarını da paylaşıb.
"İnsanlar bu qədər qəddar ola bilərlərmiş", - deyə Holli Daqres "Taliban"ın zəfərindən sonra Şərq ölkəsində baş verən insan faciəsindən mənfəət qazanan fürsətçilərin əməlini pisləyib.
Telegram kanalımız