“İnsanlar həftədə 12 saat işləməlidir“ - “Alibaba“-nın banisi

saytların hazırlanması

Evə çatdırılma

“İnsanlar həftədə 12 saat işləməlidir“ - “Alibaba“-nın banisi

Dünya

29 Avqust 2019 14:53 1208


“Alibaba Group”-un banisi, biznesmen çinli Cek Ma bildirib ki, gələcəkdə insanlar həftədə 12 saat işləməlidir. 

“Yeni Sabah” "RİA Novosti"-yə istinadən xəbər verir ki, biznesmen Şanxayda keçirilən konfransda deyib. 

O qeyd edib ki, təhsil sahəsində texniki inkişaf və islahatlar aparmaqla bunu reallaşdırmaq mümkündür. İnsanlar üçün işin çox hissəsini süni intellekt yerinə yetirməlidir. Texnologiyalar bəşəriyyətə daha çox boş vaxt verir.  Toyuqlu pizza

Həmçinin biznesmen əmindir ki, bununla yanaşı, süni intellekt insanlara daha artığını bəxş edə bilər. Bu məsələ ilə yaxın zamanda bütün ölkə və hökumətlər məşğul olmalıdır. 

Qeyd edək ki, Cek Ma yeni biotexnologiyaların da köməkliyi ilə 20-30 ildən sonra insan həyatının 100-120 il ola biləcəyini bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!